"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəsidir ki, problemləri araşdırsın. Restoranların, kafelərin fəaliyyəti nəticəsində ətrafa qoxu yayılır".
Lent.az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva deyib.
O bildirib ki, bununla bağlı nazirliyə xeyli şikayət daxil olub: "Ürək-damar sistemi xəstəliklərindən, allergiyadan əziyyət çəkənlərdə bu hallar narahatlıq yaradır. Tüstünün tərkibində zərərli maddələr var və insan sağlamlığına təhlükə yaradır".
U. Tağıyeva deyib ki, Bakıda fəaliyyət göstərən restoranlarda filtrlər yerləşdirilməlidir".