Bakı Ali Neft Məktəbinin (BANM) elektron kitabxanası dünya elektron arxivinin (repozitorilərinin) reytinq cədvəlinə daxil olub.
Lent.az-ın məlumatına görə, dünyanın 2200-dən artıq ali təhsil müəssisəsinin elektron arxivini əhatə edən «Webometrics Ranking of World Universities» ümümdünya reytinq cədvəlinin 2015-ci ilin yanvar ayına olan nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin elektron kitabxanası Vebometriks reytinq cədvəlinə daxil olub.