<b>Zeynəb Xanlarovadan Səhiyyə Nazirliyinə <span style="color:red;">ÇAĞIRIŞ </b>
17 noyabr 2017 12:49 (UTC +04:00)

Zeynəb Xanlarovadan Səhiyyə Nazirliyinə ÇAĞIRIŞ

0
 
Milli Məclisin bu gün keçirilən iclasında deputat, xalq artisti Zeynəb Xanlarova xalq artisti Rasim Balayevin dərman almağa pul tapa bilməməsi ilə bağlı məlumatlara münasibət bildirib.
 
APA-nın məlumatına görə, Z. Xanlarova R. Balayevin dərman almağa pul tapa bilməməsini mədəniyyətin faciəsi adlandırıb.
 
O, çıxışında Səhiyyə Nazirliyinə müraciət edib: “Niyə belə bir vəziyyət yaranıb? Bu nə böyük məsələdir ki, bunu həll edə bilmirsiniz? Rasim Balayev Azərbaycan mədəniyyətində misilsiz xidmətləri olan şəxsdir. Mən bir daha Səhiyyə Nazirliyinə müraciət edirəm ki, ona kömək etsin".
 
Z. Xanlarova bu məsələdə spiker Oqtay Əsədovun da köməklik göstərməsini istəyib: "Sizə müraciət edirəm Oqtay müəllim, buna bir əncam çəkək. Əks halda tarix bizi bağışlamaz”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar