[b]Yağış, 36 dərəcə isti -[/b] SABAH
11 iyul 2017 12:54 (UTC +04:00)

[b]Yağış, 36 dərəcə isti -[/b] SABAH

0

 

İyulun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 27-32, Bakıda gecə  21-23, gündüz 29-31 dərəcə isti olacaq.
 
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23, Türkan, Hövsan, Sahil, Şıxda  24-25 dərəcə isti olacaq.
 
 
Azərbaycanın rayonlarında iyulun 12-də əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. 
 
 
 
Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 14-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.  
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar