[b]Tikinti şirkətləri ilə bağlı 18 material Baş Prokurorluğa göndərildi[/b]
28 fevral 2018 10:26 (UTC +04:00)

[b]Tikinti şirkətləri ilə bağlı 18 material Baş Prokurorluğa göndərildi[/b]

0

"Bakıda tikilməkdə olan çoxmənzilli yaşayış binalarında müqaviləsiz işçi çalışdıran şirkətlər, hüquqi və fiziki şəxslərlə bağlı 17 material Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 18 material isə Baş Prokurorluğa göndərilib".

 

APA-nın xəbərinə görə, bunu "Tikinti sahəsində əmək münasibətləri" mövzusunda keçirilən təqdimatda "ASAN xidmət"in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi şöbəsinin müdiri Fariz Cəfərov bildirib. Onun sözlərinə görə, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədi ilə 2017-ci ilin sentyabrından bu günə kimi tikilməkdə olan çoxmənzilli yaşayış binalarında 43 səyyar monitorinq keçirib.

F. Cəfərov qeyd edib ki, son zamanlar əmək müqavilələrinin imzalanmasında müsbət dinamika müşahidə edilir: "10 ayda Bakıda çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən 33 min müqavilə imzalanaraq əmək müqavilələrinin elektron bildiriş sistemində qeydiyyata alınıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar