[b]Sevdiyiniz şəxsin maddi durumu sizin üçün önəmlidirmi? - SORĞU[/b]
29 avqust 2016 14:42 (UTC +04:00)

[b]Sevdiyiniz şəxsin maddi durumu sizin üçün önəmlidirmi? - SORĞU[/b]

0
“Həyat müştərəkdir” deyirlər. Sevib ailə qurmaq hər bir subayın arzusudur.  Lakin bəzi hallarda sevgi ikinci plana keçir. Ailə qurmadan öncə obyektiv və ya subyekti səbəblərdən dolayı, maddi məsələlər ön plana çıxır. Qadınlar üçün öncəlik kişinin maddi durumu, vəzifəsi, kişilər üçün isə qadının atasının durumu daha vacib olur. Bəs ümumiyyətlə, ailə qurarkən maddi durum nə dərəcədə rol oynayır? APA TV bu sualla paytaxt sakinləri arasında sorğu keçirib.
 
- Əsas sevgidir. Maddi durum o qədər də önəmli deyil.
 
- Əgər qız sevirsə, maddi durum nəyinə lazımdır?
 
- İşsizlik problemi var. Etibarsızlıq, güvənsizlik... Çox nüanslar var.
 
- Boşanmalar sürətlə artır. Bu dəqiqədə çox oğlanların ailəsi işsizliyə görə dağılır. Əgər bir tərəf bir neçə ay işsiz qalsa, o biri tərəf kömək eləsə, burada ayıb bir şey yoxdur. Bütün dünyada buna normal baxırlar.
 
- Haradasa özünü idarə etmək lazımdır ki, sonrakı problemlər çıxmasın. Bizim nəsil keçdi, amma indiki nəsil çox səbirsizdir. İndiki cavanlar üçün hər iki tərəfin işləməsi vacibdir. Oğlanlar da işləməlidir, qızlar da. İndiki zəmanədə ailə saxlamaq çox çətindir.
 
- Maddi durum birinci şərtdir, amma mənə elə gəlir ki, ailə qurmaq üçün istər qız, istərsə də oğlan hazır olmalıdırlar.
 
- Maddi cəhət rol oynamır. İnsanın özünə görə rol oynayır. Qarşı tərəf bizim üçün maraqlı deyil. Bizim qazancımız olur. Onun qazancına ehtiyacımız olmur. Şükür Allaha, bizim qazancımız bəs edir.
 
- Orta səviyyədə yaşamış insan olsun, yəni zəhməti sevən. Hətta kasıb olsa belə, o həyatda çətinliklə yaşamaz. Əgər zəhməti sevirsə, dürüstdürsə, ağıllıdırsa, mənəviyyatı, şəxsiyyəti varsa, o ailəsini normal səviyyədə saxlayar.
 
- Təbii ki, ailədə maddiyyat ilk əvvəl o qədər də rol oymasa da, övlad olandan sonra rol oynayır. Amma vicdanlı bir insan övladına, ailəsinə baxmaq üçün nə qədər çətinlik də olsa, yəqin ki, ailəsini saxlayar.
 
- İşi olsun, evi olsun. Yaxşı olar.
 
- İkimizi də ödəmək cəhətdən çox da imkanlı olmasa da, olar. Əsas xasiyyəti yaxşı olsun. Həyatı paylaşmaq lazımdır. Ehtiyac olsa, icazə versə, işləyərəm.
 
Göründüyü kimi, maddi duruma önəm verənlər də var, bunun o dərəcədə önəmli olmadığını deyənlər də. Arzu edirik, hər kəsin qazancı ailə qurmağa da, ailə saxlamağa da yetsin.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 413

Oxşar yazılar