<b>Sabah bəzi rayonlara yağış yağacaq <span style="color:red;">- PROQNOZ </b>
14 may 2018 13:03 (UTC +04:00)

Sabah bəzi rayonlara yağış yağacaq - PROQNOZ

0

Bakıda və Abşeron yarımadasında mayın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25,  Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində mayın 15-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 15-16 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında mayın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 24-29, dağlarda gecə 4-8, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 15-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki,  bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar