<b>Ötən il 1030 nəfər sui-qəsd xarakterli zəhərlənməyə məruz qalıb</b>
08 iyun 2016 11:22 (UTC +04:00)

Ötən il 1030 nəfər sui-qəsd xarakterli zəhərlənməyə məruz qalıb

0


"2015-i ildə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2462 xəstə hospitalizasiya olunub".

 

 

Lent.az-ın məlumatına görə, bunu Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov keçirdiyi media-brifinqdə deyib. A. Maqsudovun sözlərinə görə, 2014-cü illə müqayisədə qəbul olunmuş xəstələrin sayı 27 nəfər çox olub: "Hospitalizasiya olan xəstələrdən qəsdlə olmayan məişət zəhərlənmələri 1432 nəfər, sui-qəsd xarakterli zəhərlənmələr 1030 nəfər təşkil edib. “Dərman zəhərlənməsi” diaqnozu ilə daxil olan xəstələrin sayı 823 (33,4%) nəfər olub".

 

Baş toksikoloq qeyd edib ki, ikinci yerdə “Dəm qazı və digər toksiki qazlarla zəhərlənmələr” diaqnozu ilə daxil olan xəstələr üstünlük təşkil edib: "Onların sayı isə 502 (20,4%) nəfər olub. “Yandırıcı məhlullardan zəhərlənmə” diaqnozu ilə daxil olan xəstələrin sayı 350 nəfər (14,2%) təşkil edib".  

 

A. Maqsudov bildirib ki, daxil olan xəstələr əsasən 20-29 yaş qrupuna aid olublar (740 nəfər və ya 30,1%). Toksikologiya şöbəsinə daxil olmuş 15 yaşlı uşaqların sayı 419 nəfər (17%) olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 531

Oxşar yazılar