[b]Olimpiadada neçə medal qazana bilərik? - SORĞU[/b]
0
0
Sabah Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına start veriləcək. Dünya idmansevərlərinin diqqəti 17 gün müddətində Braziliyaya yönələcək. Olimpiadada Azərbaycanı 56 idmançı təmsil edəcək. 16 idman növündə yarışacaq idmançılarımıza ümidlər əlbəttə ki, böyükdür. Bəs görəsən, onlar vətənə neçə qızıl medal gətirə biləcəklər? APA TV bu sualla paytaxt sakinləri arasında sorğu keçirib.
- 5 dənə
.
- 5-6 dənə. Ən çox güləşdən.
- Maksimum medal bizim ola bilər. Azərbaycan idmançıları güvənilir idmançılardır. Yaxşı nailiyyətlərini gözləyirəm. Çox güclü güləşçilərimiz var. Maksimum medal gözləyirəm. İdmançılarımıza uğurlar arzu edirəm.
- 15 olsa, daha yaxşı olar.
- 25, 25-dən çox. Güləş, cüdo, taekvondoda.
- Deyə bilmərəm. Marağım yoxdur.
- Ən azı 3 dənə olacaq.
- Heç olmasa, 5-6 qızıl medal olar. Hamısına uğurlar, müvəffəqiyyətlər arzu edirəm.
- Ən az 5 dənəsini gətirərlər.
- 20-dən çox gözləyirəm.
- 4-3 qızıl. Təbii ki, güləş və cüdodan.
- 5 dənə.
- Azı 9 dənə olar, hər halda.
- Üç medal.
- İki medal
- 10 qızıl olar hər halda. Əsas güləşçilərdən gözləyirəm. Əsas da Rəsul Çunayevdən. İzləsəm, güləşi izləyəcəyəm.
Sorğudan da görünür ki, paytaxt sakinləri idmançılarımızın Olimpiadada uğur qazanacağına çox inanırlar. Elə biz də. Bütün idmançılarımıza Yay Olimpiya Oyunlarında uğurlar diləyirik!
0
0