<b>Nazirlik:</b> “Ən çox 7 saylı internat məktəbdəki olayla bağlı müraciət olunub”
09 iyun 2014 13:15 (UTC +04:00)

Nazirlik: “Ən çox 7 saylı internat məktəbdəki olayla bağlı müraciət olunub”

0

“Təhsil Nazirliyi hər ay təhsillə bağlı mətbuatda dərc olunan yazıların hesabatını hazırlayır”. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universiteti “Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda keçirilən praktik konfransda çıxışı zamanı Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib. O qeyd edib ki, yeni yaradılan texnologiya vasitəsilə gün ərzində mətbuatda təhsillə bağlı gedən bütün materialların hesabatı toplanılır.

Nazirliyin sektor müdiri mediada təhsillə bağlı araşdırma yazıların azlığından gileylənib: “Bu gün təhsillə bağlı araşdırma jurnalistikasını görə bilmirik. Mart ayında mətbuat çalışan jurnalistlər üçün müsabiqəyə yekun vuruldu. Lakin müsabiqəyə təqdim olunan yazıların böyük əksəriyyəti araşdırma yazıları deyildi. Azərbaycan jurnalistikasının ən böyük problemindən biri də sosial jurnalistikadır. Media qlobal rəqəmsallaşır. Sosial mediada bütün blokları, çatları tam izləmək mümkün deyil. Bunun üçün xüsusi qabiliyyət, vərdişlər olmalıdır. Bunun üçün sosial medianı bilən jurnalist, işçi olmalıdır. Sentyabrdan başlayaraq Təhsil Nazirliyinin yeni saytı istifadəyə veriləcək. Bununla da təhsil sahəsi üzrə virtual əlaqələndirmə yaradılacaq. Təhsil sistemi arasında virtual mühit, zolaq yaranmalıdır ki, bütün məlumatlar respublikanın bütün ərazilərində yayılsın”.

Təhsil Nazirliyinin vebmasteri Mehman Şəfaqətov isə may ayında aparılan hesabatı açıqlayıb. O bildirib ki, hesabat tamamlanan fəaliyyət, media dərclər, cari fəaliyyət və gələcək fəaliyyət istiqamətlərində aparılır. Onun sözlərinə görə, ay ərzində dərclərin ümumi sayı 738 olub. Bunlardan 486-sı pozitiv, 168-i neytral, 84-ü neqativ olub. May ayında mətbuatda təhsillə bağlı pozitiv yazılar daha çox olub. KİV-in tipinə gəlincə, yazıların 728-i onlayn mediada, 10-u isə çap mediada işıqlandırılıb. May ayında ən çox müzakirə olunan mövzu 7 saylı İnternat Məktəbində döyüldüyü iddia olunan uşaqla bağlı olub. Bir sözlə, təhsillə bağlı bütün məlumatlar, görülən işlər, tədbirlər nazirliyin saytında, rəsmi Facebook səhifəsində və təhsil nazirinin özünün Facebook səhifəsində yerləşdirilir.

Konfransın ikinci paneli Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək. Burada “APA-Holdinq” MMC-nin prezidenti Vüsalə Mahirqızı “Sosial mediada təhsil mövzusu” adlı məruzə ilə çıxış edəcək. Tədbirə “APA-Holdinq”, “Azad Azərbaycan” televiziyası, “Azərbaycan müəllimi” qəzeti informasiya dəstəyi verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 884

Oxşar yazılar