[b]Müəllimlərin sertifikasiyası ilə bağlı[/b] YENİ XƏBƏR
29 may 2018 12:05 (UTC +04:00)

[b]Müəllimlərin sertifikasiyası ilə bağlı[/b] YENİ XƏBƏR

0

“Təhsil haqqında” qanuna dəyişikliklər nəzərdə tutulur.

 

APA-nın məlumatına görə, təklif edilən dəyişikliyə görə, Azərbaycanda dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq.

 

Layihədə bildirilir ki, sertifikasiyadan təkrar keçməyən müəllimlərlə əmək münasibətləri Əmək Məcəlləsinə uyğun tənzimlənəcək.

 

 

Qeyd edək ki, qanunvericiliyə təklif edilən yeni əlavə və dəyişikliyə görə Azərbaycanda müəllimlər sertifikasiyadan keçiriləcək.

 

Layihə Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 453

Oxşar yazılar