[b]Metroda "Köhnə Bakı" sərgisi - ALTI AY DAVAM EDƏCƏK[/b]
01 noyabr 2017 15:05 (UTC +04:00)

[b]Metroda "Köhnə Bakı" sərgisi - ALTI AY DAVAM EDƏCƏK[/b]

0
Bakı Metropoliteni "Metro Gallery" layihəsi çərçivəsində metronun "Nəriman Nərimanov" stansiyasının keçidlərində "Köhnə Bakı" sərgisi təşkil edib.
 
APA TV-nin xəbərinə görə, sərgidə paytaxtımızın köhnə görüntülərinin əks olunduğu fotoşəkillər nümayiş olunur.
 
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayevin sözlərinə görə, köhnə Bakını görmək istəyənlər yollarını metronun "Nəriman Nərimanov" stansiyasından salıb Köhnə Bakının tarixini, mədəniyyətini, adət-ənənələrini əks etdirən qədim fotolara baxa bilərlər: "Sərgidə 90-a yaxın foto-şəkil "Nərimanov" metrosunun hər iki keçidlərində nümayiş olunacaq. Şəkillər əsasən ötən əsrin sonlarına aiddir. Son dönəmlərə aid şəkillər də var".
 
Araşdırmaçı Fuad Axundovun sözlərinə görə, paytaxt sakinləri və şəhərimizin qonaqları sərgi vasitəsilə tarixə birgə ekskursiya etmək imkanı qazanacaqlar: "Kiçik, qısa bir kadrlar olsa da, bu keçidlə keçən minlərlə insanın tariximizə nəzər salması çox müsbət haldır. Eyni zamanda Bakının turistlərinin sayı günü-gündən artır".
 
Sərgiyə baxan sərnişinlər nostalji hisslər yaşadıqlarını deyirlər: "Çox gözəldir, keçmişimizi unutmuruq. Fotolar sizi o dövrlərə aparır. Bəli, kaş o günlər olardı, keçən günlərimi qaytarardılar. Bakı sakini kimi mənə çox maraqlı gəldi, çox yaxşı təsir etdi. Hər şey təbiidir - istər binalar, istər o dövrdə geyimlər. Vaxtım olduqca, izləyəcəm hamısını".
 
Sərgi 6 ay davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 455

Oxşar yazılar