Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək
14 dekabr 2017 11:32 (UTC +04:00)

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

0

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 17-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
 
 
Mərkəzin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində, ümumilikdə 7 binada keçiriləcək. İmtahanada iştirak etmək üçün 3039 namizəd  qeydiyyatdan keçib. 
 
 
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
 
 
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar