<b>Mayın son gününə olan</b> <span style="color:red;">HAVA PROQNOZU
30 may 2016 12:38 (UTC +04:00)

Mayın son gününə olan HAVA PROQNOZU

0

 

Mayın 31-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.  .

 

Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19 dərəcə isti, gündüz 22-27 dərəcə isti, Bakıda gecə 17-19 dərəcə isti, gündüz 25-27 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 14-19 dərəcə isti, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar