Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyi 2014-cü il fevralın 24-də açılıb.
Muzey 4 bölmədən - Tarix, Deportasiya-repressiya, Soyqırım və Terror bölməsindən ibarətdir. Muzey Azərbaycan xalqına qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub.
Muzeydə Xocalı, Qaradağlı faciələri barədə sənədlər, erməni vəhşiliyini bəzi qurbanlarının, bəzi milli qəhrəmanların şəxsi əşyaları, sənədləri, fotoları və s. əşyalar sərgilənir.





























