<b>Hava yenidən pisləşəcək -</b> <span style="color:red;">XƏBƏRDARLIQ
09 fevral 2018 12:28 (UTC +04:00)

Hava yenidən pisləşəcək - XƏBƏRDARLIQ

0
 
 
Azərbaycan ərazisində hava şəraiti pisləşəcək.
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında 
fevralın 10-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Azərbaycanın bəzi rayonlarında fevralın 10-u gündüzdən 12-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. 
 
 
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 6-8,  Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir. 
 
 
 
Azərbaycanın rayonlarında fevralın 10-da bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz qərb rayonlarında tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. 
 
 
Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 10-11-də  Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, rütubətli hava şəraiti narahatlıq yarada bilər. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 450

Oxşar yazılar