<b>Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri dəyişdi -</b> <span style="color:red;">SƏRƏNCAM
20 fevral 2018 17:14 (UTC +04:00)

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri dəyişdi - SƏRƏNCAM

0
 
 
Prezident İlham Əliyev Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
 
 
 
Lent.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin ediliblər. 
 
 
Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
 
Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri
 
Süleyman İsmayılov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
 
Şahin Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
 
Tələt Məcidov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri
 
Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru.
 
 
Prezidentin digər sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında”  2001-ci il 1 oktyabr tarixli 586 nömrəli Fərman ləğv edilib. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar