[b]Bakıda əhali arasında yayılan hansı virusdur? -[/b] Nazirlik açıqladı
25 yanvar 2018 12:36 (UTC +04:00)

[b]Bakıda əhali arasında yayılan hansı virusdur? -[/b] Nazirlik açıqladı

0

"Bakı əhalisi arasında rast gəlinən xəstəlik kəskin respirator virus xəstəliyidir".

 

APA-nın xəbərinə görə, bunu Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş terapevti Rəhilə Əliyeva deyib.

 

O bildirib ki, xəstəliyin ağırlaşmaması üçün zökəm əlamətləri hiss edən şəxslər dərhal həkimə müraciət etməlidirlər: "Xəstəliklərlə bağlı müraciətlər daha çox  sentyabr-may ayları ərzində daxil olur. Daha çox tənəffüs, ürək-damar sistemi, mədə-bağırsaq, sümük-oynaq xəstəlikləri ilə bağlı müraciətlər edilir".

 

Baş terapevt qeyd edib ki , Klinik Tibbi Mərkəzin iki terapevtik şöbəsinə ötən ilin sentyabr-dekabr aylarında 378 müraciət daxil olub, müraciətlərin sırasında ilk yeri ürək-damar sistemi xəstəlikləri tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 512

Oxşar yazılar