Prezident İlham Əliyev “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında” fərmanda dəyişiklik edib.
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 1.4-cü və 1.5-ci bəndləri ləğv edilib. Bununla da Azərbaycan Ali Dənizçilik Məktəbi və Azərbaycan Ali Təyyarəçilik Məktəbi xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısından çıxarılıb.