<b>ABŞ-ın Azərbaycandakı səfirliyinin yeni müşaviri “APA Holding”in qonağı olub -<span style="color:red;"> FOTO </b>
25 avqust 2016 16:53 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfirliyinin yeni müşaviri “APA Holding”in qonağı olub - FOTO

0

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə yeni təyin olunmuş müşaviri Kerolayn Savec (Caroline J. Savage) “APA Holding”in qonağı olub.

 

APA-nın məlumatına görə, görüşdə “APA Holding”in prezidenti Vüsalə Mahirqızı və Direktorlar Şurasının sədri Nurşən Quliyev iştirak edib.

 

Azərbaycana təyinatından məmnun olduğunu bildirən K. Savec burada olacağı 3 il müddətində mətbuatla əməkdaşlığı daha dərinləşdirməyə çalışacağını deyib.

 

Daha sonra Vüsalə Mahirqızı “APA Holding”in yaranması və tərkibinə daxil olan media resurslarının fəaliyyəti barədə qonağı məlumatlandırıb. O, həmçinin holdinqlə səfirlik arasında indiyə kimi çox sıx münasibətlərin olduğunu deyərək, əməkdaşlığın daha da genişlənməsinin zəruriliyini qeyd edib.

 

Görüşdə mətbuatın hazırkı durumu, yeni media, səfirliklə mətbuat arasında əməkdaşlığın genişləndirilməsinin yolları barədə fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3187

Oxşar yazılar