<b>"Prezident bərk qəzəblənmişdi" -</b> <span style="color:red;">Şeyx
15 may 2018 12:43 (UTC +04:00)

"Prezident bərk qəzəblənmişdi" - Şeyx

0

“Azərbaycan prezidenti Bakıdakı Hacı Cavad məscidinin sökülməsinin əleyhinə olub, eşidəndə ki, ora sökülüb, bərk qəzəblənmişdi”.

 

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

 

A. Paşazadə qeyd edib ki, prezidentin göstərişi ilə başqa yerdə dərhal yeni məscidin tikintisinə başlanılıb: “Çox şükür ki, Hacı Cavad məscidi bizə qaytarıldı. Prezidentimizə buna görə bütün dindarlar adından çox təşəkkür edirəm. Çünki məscidi sökmək olmaz, ora sınıq-salxaq olsa belə, sökmək olmaz. Şükür ki, prezidentimiz Hacı Cavad məscidini daha gözəl və geniş formada tikdirib dindarlara təhvil verdi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 559

Oxşar yazılar