[b]"Pozuntular barədə prezidentə məlumat veriləcək" - [/b]Məleykə Abbaszadə
0
0
“Dövlət qulluğu sahəsinə daaha istedadlı gəncləri cəlb etmək bizim əsas məqsədimizdir”.
Lent.az-ın məlumatına görə, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilmiş “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfransda çıxışı zamanı deyib.
M.Abbaszadə çıxışında dövlət qulluğuna dair Mərkəz tərəfindən qanunvericiliyin icrası vəziyyətinin mütəmadi öyrəniləcəyi, pozuntu halları müəyyən edildikdə, həmin pozuntuların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat veriləcəyini, yol verilmiş pozuntu halları barədə dövlət başçısına məlumat veriləcəyi və təqdim olunacaq illik hesabata daxil ediləcəyini, pozuntuya yol vermiş məsul şəxslərin inzibati məsuliyyətə cəlb ediləcəyini qeyd edib.
DİM sədrinin sözlərinə görə, bu sahədə qəbul prosesi daha çevik formada həyata keçirilməlidir: "Bu, qanunda da nəzərdə tutulub. Gənclərə imkan verməlidir ki, istədiyi karyeranı istədiyi sahədə qura bilsin. Belə sosial mühit yaratmaq bizim borcumuzdur”.