[b]"Dövlət orqanları işini düzgün təşkil etməlidir" -[/b] PA-nın sektor müdiri
10 iyul 2017 10:21 (UTC +04:00)

[b]"Dövlət orqanları işini düzgün təşkil etməlidir" -[/b] PA-nın sektor müdiri

0

 

Dövlət orqanları tərəfindən dövlət qulluğuna qəbulla bağlı qanunvericiliyin tətbiqi zamanı səmərəliliyin artırılması vacib məsələlərdən biridir və dövlət orqanları dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi işini düzgün təşkil etməlidir.
 
 
Lent.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Yusif Hüseynov bu gün keçirilmiş “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfransda çıxışı zamanı deyib.
 
 
Y. Hüseynov qeyd edib ki, qiymətləndirmənin nəticəsindən asılı olaraq dövlət qulluqçularının ixtisasartırması ilə bağlı yeni tələblər qoyulmalıdır: “Dövlət qulluqçularının həvəsləndirilməsinə də diqqət yetirilməlidir. Dövlət orqanlarında kadr potensialından düzgün və səmərəli istifadə edilməsi, qabiliyyətli dövlət qulluqçularının irəli çəkilməsi, komanda fəaliyyəti, qərar vermək qabiliyyəti və s. bu kimi məsələlərin həllində dövlət orqanlarının təkmilləşdirmələr aparmasına ehtiyac var”.
 
 
Y. Hüseynov hesab edir ki,  dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi zamanı vahid yanaşmanın həyata keçirilməsi zamanı DİM tərəfindən mütəmadi olaraq metodiki vəsaitin hazırlanması dövlət orqanlarının müvafiq struktur bölmələrini, bütövlükdə isə dövlət orqanlarının işini bu sahədə təkmilləşdirə bilər.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 500

Oxşar yazılar