ETSN: Dizel mühərrikli avtomobillərin idxalının məhdudlaşdırılması istiqamətində iş aparılır
22 may 2019 16:15 (UTC +04:00)

ETSN: Dizel mühərrikli avtomobillərin idxalının məhdudlaşdırılması istiqamətində iş aparılır

0
"Köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalının müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür".
 
ONA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.
 
O qeyd edib ki, ekoloji cəhətdən təmiz avtomobillərdən - elektromobillər, hibrid avtomobillərdən istifadənin təşviqi ilə bağlı işlər aparılır: "Alternativ yanacaq növü kimi sıxılmış təbii qazı misal gətirmək olar. Bu həm avtomobillərin təhlükəsiz istismarı, həm də atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması üçün əlverişlidir. Sıxılmış təbii qaz digər yanacaq növləri ilə müqayisədə daha ucuzdur və avtomobillərin istismar müddətini də artırır".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1927

Oxşar yazılar