[b]Ən güclü orduya malik ölkələr -  Azərbaycan 58-ci, Ermənistan 93-cü yerdədir[/b]
31 avqust 2017 12:57 (UTC +04:00)

[b]Ən güclü orduya malik ölkələr - Azərbaycan 58-ci, Ermənistan 93-cü yerdədir[/b]

0
Azərbaycan ən güclü orduya malik ölkələr sırasında 58-ci yerdədir.
 
APA-nın məlumatına görə, bu barədə “Global Fire Power” portalının hesabatında deyilir.
 
Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan isə 93-cü yerdə qərarlaşıb.
 
Hesabat tərtib olunarkən yalnız silahların sayı deyil, həmçinin onların müxtəlifliyi, orduda kadrların sayı, ehtiyatda olan kadrların sayı, hərbi sahənin maliyyələşməsi səviyyəsi, ölkənin nəqliyyat infrastrukturu və digər faktorlar əsas götürülüb. Coğrafi yerləşmə, ölkənin təbii resursları da reytinqin nəticələrinə təsir edib.
 
Ümumilikdə reytinqdə 133 ölkə yer alıb.
 
İlk onluqda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və Misir qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 459

Oxşar yazılar