<b><span style="color:red;">Diqqət:  Bakıda mərkəzi küçələrin birində hərəkət məhdudlaşır</b>
30 aprel 2016 11:57 (UTC +04:00)

Diqqət: Bakıda mərkəzi küçələrin birində hərəkət məhdudlaşır

0

Bakının mərkəzi yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

 

 

 

“Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar 30 aprel tarixindən etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsində yerləşən avtomobil tunelinin girişindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində bir istiqamət üzrə (M.Ə.Rəsulzadə qəsəbəsinə doğru olan istiqamət ) avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır. Məhdudlaşdırma təmir işləri bitənədək tətbiq olunacaq.  Bu müddət ərzində sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər.

 Qeyd edək ki, əks istiqamətdə üzrə, yəni Azadlıq prospektindən Ziya Bünyadov prospektinə doğru isə avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir məhdudlaşdırma tətbiq edilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar