[b]"Bakının 4 nöqtəsində zərərli maddələrin yayılmasını müşahidə etmişik" -[/b] ETSN
11 may 2018 12:24 (UTC +04:00)

[b]"Bakının 4 nöqtəsində zərərli maddələrin yayılmasını müşahidə etmişik" -[/b] ETSN

0

 

"Bakının 4 nöqtəsində zərərli maddələrin yayılmasını müşahidə etmişik".

 

Lent.az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə milli monitorinq departamentinin əməkdaşı Mirsalam Qəmbərov bu gün nazirlikdə keçirilən mətbuat konfransında deyib.

 

O qeyd edib ki, təcili olaraq həmin rayonlarda yerləşən müəssisələrin rəhbərlərinə  xəbərdarlıq edilib: "Bəzən elə obyektlər olur ki, ətraf mühitin pozulması ilə məşğul olur. Ekoloji normalar pozulur. Bəzi kanallar deyir ki, bəs ETSN bunu bilirdisə, niyə təcili tədbirlər görməyib? Amma nümunələrin götürülməsi, analizi vaxt tələb edən işdir".

 

M. Qəmbərov sahibkarlara müraciət edib: "Ramazan ayına görə təxminən bir ay şadlıq evlərinin fəaliyyətində fasilə olacaq. Sahibkarlar yeni qurğular alıb quraşdırsınlar ki, ətrafa bu cür qazlar, tullantılar atılmasın".

 

Qanunvericilik tələbi pozan obyektlər barədə əlaqədar qurumlara təkliflər verilib. Həmin şəxslərin 600 manatdan 25 min manatadək cərimə olunması nəzərdə tutulur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar