[b]"Azərbaycanda 3 təhlükəli taun ocağı var" -[/b] Taun Əleyhinə Stansiya
12 may 2016 13:25 (UTC +04:00)

[b]"Azərbaycanda 3 təhlükəli taun ocağı var" -[/b] Taun Əleyhinə Stansiya

0

 

“Azərbaycanda taun xəstəliyinin 3 təhlükəli ocağı qeydə alınıb. Bunlar Zaqafqaziya düzənlik-dağətəyi ərazisi, ikincisi Zaqafqaziyada yüksək dağlıq ərazi, üçüncüsü isə Arazyani ocaqdır”. Lent.az-ın məlumatına görə, bunu Respublika Taun Əleyhinə Stansiyasının laboratoriya müdiri Musa Cahanov Azərbaycanda epidemioloji vəziyyətlə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

 

 M.Cahanovun sözlərinə görə, Azərbaycanda xüsusi təhlükəli infeksiyaların sırasında birinci yerdə taun dayanır: “Respublikada qeydə alınan taun ocaqlarında vaxtilə gəmiricilər arasında epidemioloji hallar aşkar edilib. Zaqafqaziya düzənlik-dağətəyi ocağında yaz və payız aylarında epidemioloji müayinələr aparılır. Bu ilin aprel ayında Zaqafqaziya düzənlik-dağətəyi ocağının Abşeron yarımadasında epidemioloji müayinələr aparılıb. 80 gəmirici və 500-dən artıq birə laborator müayinədən keçirilib. Müayinələr nəticəsində taun kökləri aşkar edilməyib”.

 

 

M. Cahanov bildirib ki, 1987-ci ildən başlayaraq bu ocaqda gəmiricilər arasında taunla bağlı epizootik vəziyyət qeydə alınmayıb.

 

M. Cahanov son olaraq əlavə edib ki, ölkədə vəbaya qarşı hər ilin may-oktyabr aylarında 16 stasionar nöqtədəki açıq su mənbələrindən su nümunələri götürülərək müayinə edilir: “Bu ilin 4 ayı ərzində kəskin bağırsaq infeksiyası, qida zəhərlənməsi yaşayan 236 xəstədən nümunələr götürülərək müayinə edilib. Müayinələr nəticəsində vəba törədicisi aşkar edilməyib”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar