[b]"ASAN qatar" sistemi tətbiq olunur - Rəsmi[/b]
21 oktyabr 2016 13:34 (UTC +04:00)

[b]"ASAN qatar" sistemi tətbiq olunur - Rəsmi[/b]

0

Azərbaycanda yaxın vaxtda "ASAN qatar" sisteminin tətbiqinə başlanacaq. "APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Caspian Energy" jurnalına müsahibəsində deyib.

 

Onun sözlərinə görə, yeni sistemin ilin sonunadək tətbiqi nəzərdə tutulub: "Bu məqsədlə hazırda Bakı vaqon deposunda 3 xüsusi qatar hazırlanır ki, proses ilin sonunadək başa çatacaq. Qatarlar ardıcıl olaraq şimal, cənub, şimal-qərb, qərb və cənub-qərb istiqamətində hərəkət edərək əhaliyə xidmət göstərəcək. İlkin mərhələdə qatarlar 3 vaqondan ibarət olacaq. Vaqonlar bütün zəruri avadanlıqlarla təmin olacaq. Bununla yanaşı, "ASAN xidmət"in əməkdaşlarının fəaliyyəti üçün bütün lazımi şərait yaradılacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 461

Oxşar yazılar