<b>13 dərəcə isti -</b> <span style="color:red;">HAVA PROQNOZU
07 fevral 2018 12:16 (UTC +04:00)

13 dərəcə isti - HAVA PROQNOZU

0

 

 
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10,  Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq. 
 
 
 
Azərbaycanın rayonlarında fevralın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar