<b>12 dərəcə isti, yağış -</b> <span style="color:red;">HAVA PROQNOZU
13 dekabr 2017 12:36 (UTC +04:00)

12 dərəcə isti, yağış - HAVA PROQNOZU

0
 
Dekabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.  Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə  5-7, gündüz  9-12, Bakıda gecə  5-7, gündüz  10-12° isti olacaq.
 
 
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. 
Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  4-9° isti  təşkil edəcək.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar