"Azərxalça"ya 2 milyon manat ayrıldı - SƏRƏNCAM
0
0
Prezident İlham Əliyev Lənkəran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Lent.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, sərəncama əsasən, Lənkəran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
0
0