"Aqrar Universitetə xüsusi torpaq sahəsi ayrılsın" - Deputat
23 fevral 2018 15:16 (UTC +04:00)

"Aqrar Universitetə xüsusi torpaq sahəsi ayrılsın" - Deputat

0

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Dövlət Aqrar Universitetinə xüsusi torpaq sahələrinin ayrılması təklif olunub.

 

 

 

APA-nın məlumatına görə, iclasda çıxış edən deputat Naqif Həmzəyev bildirib ki, ölkədə yeganə aqrar tədris müəssisəsi olan, Gəncədə yerləşən təhsil müəssisənin təcrübə üçün hələ də torpaq sahəsi yoxdur: "Aqrar universitet ölkədə yeganə ixtisaslaşmış tədris müəssisədir. Bu yaxınlarda müəssisənin böyük yataqxana kompleksinin açılışına cənab prezident də qatıldı. Hesab edirəm ki, qeyri-neft sektorunun inkişafını nəzərə alaraq, bu müəssisəyə torpaq sahələri ayırmaq lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 431

Oxşar yazılar