Bakı-APA. "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin qonağı olub.
APA-nın xəbərinə görə, V. Mahirqızı müəllimə, yazıçı Natəvan Dəmirçioğlunun dəvəti ilə fakültənin III kurs tələbələrinə "Ədəbi redaktə" ilə bağlı mühazirə oxuyub.
Şirkət rəhbəri internet mediada ədəbi redaktə üsulu barədə danışıb, Azərbaycan dilinin mediada qorunmasında ədəbi redaktə zamanı diqqətli olmağın vacibliyinə diqqət çəkib.
V. Mahirqızı öz təcrübəsində rastlaşdığı konkret misallarla fikirlərini əsaslandırıb. Daha sonra o, tələbələrin suallarını cavablandırıb.
"APA Holdinq"in rəhbəri BDU-nun jurnalistika fakültəsində mühazirə oxuyub
0
0
0
0