“Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyənlərin <span style="color:red;">NƏZƏRİNƏ
01 may 2014 16:14 (UTC +04:00)

“Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

0

“Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyənlər, ümumi qaydada “Abituriyentin elektron ərizəsi”nin təsdiqini təmin etdikdən sonra sənədlərini mayın 29-dək Qeydiyyat Komissiyasına təqdim etməlidirlər”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

 

 O qeyd edib ki, qeydiyyat komissiyaları hər gün saat 9-dan 17-dək fəaliyyət göstərirlər. “Qeydiyyatdan keçmiş abituriyentlər TQDK tərəfindən keçirilən qəbul (buraxılış) imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 2-dən 5-dək seçmə turda iştirak edir. Seçmə turlar TQDK tərəfindən təşkil edilən Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1017

Oxşar yazılar