“Xızıda irsi, Qusarda onkoloji xəstələrin sayı artıb” – <span style="color:red;">MEDİA-TUR
01 avqust 2016 11:15 (UTC +04:00)

“Xızıda irsi, Qusarda onkoloji xəstələrin sayı artıb” – MEDİA-TUR

0

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə regionlarda fəaliyyət göstərən tibb müəssislərinin şəraiti ilə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədi ilə bu dəfə də Xızı, Quba və Qusar rayonlarına press-tur təşkil edilib. 

Lent.az-ın məlumatına görə, press-turda iştirak edən KİV nümayəndələri adıçəkilən rayonların xəstəxanalarında yaradılan şəraitlə əyani tanış olub, həkimlərlə söhbətləşiblər. 

 

İlkin olaraq Xızı Rayon Mərkəzi Xəstəxanasına baş çəkən jurnalistlər xəstəxanada rayon əhalisi üçün yaradılmış vəziyyətlə tanış olduqdan sonra xəstəxananın baş həkimi Bəhtaş Nəbiyevə suallarını ünvanlayıblar.

 

Baş həkim Behtaş Nəbiyevin verdiyi məlumata görə, 2012-ci ildən əhalinin xidmətinə verilən rayon mərkəzi xəstəxanasının köhnə yerləşdiyi bina isə Səhiyyə Nazirliyi tərəfindən tam təmir olunaraq hazırda  Xızı Rayon Mərkəzi Xəstəxanasının Tibbi Bərpa Şöbəsi kimi terapevtik və pediatriya xəstələrinin istifadəsinə verilib.

B.Nəbiyevin sözlərinə görə, hazırda Xızı Rayon Mərkəzi Xəstəxanasında cərrahiyə, terapiya, doğuş, pediatriya, iki çarpayıda anesteziologiya, reanimatologiya şöbəsi var: “ Xəstəxana üstün səviyyədə tibbi avadanlıqla təchiz olunub. Gün ərzində təxminən 165 nəfərə xidmət edə bilirik. Rayonun bəzi yerlərində isə həkim məntəqələri var ki, orada da gün ərzində 96 xəstəyə xidmət göstərilir. Xəstəxanada qeydiyyatda olan 196 nəfər şəkər xəstəsi tam olaraq zəruri dərman preparatları və şəkər ölçü cihazı qlükometrlə təmin olunub. Bundan başqa, xəstəxanada qeydiyyatda olan  vərəm, böyrək çatışmazlığı xəstələri də dərman preparatları ilə tam pulsuz təmin olunurlar. Dərman tələbatı duyulanda əvvəlcə siyahı tərtib edir və bu haqda Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə tələbnamə ilə müraciət olunur. Ən çox dərman tələbatı terapiya xəstələri, uşaq xəstəlikləri ilə bağlıdır”.

 

“Hazırda xəstəxanamızda 12 nəfər onkoloji xəstə qeydiyyatdadır. Onkoloji xəstələrin sayında əvvəlki illərə nisbətən artım müşahidə olunur. Bu da əksərən düzgün qidalanmama, ekoloji təsir və başqa amillərdən dolayıdır. Vərəm xəstəliyi ilə bağlı isə 96 nəfər qeydiyyatdadır. Bunlardan 14 nəfər dərman preparatı ilə tam təmin olunub.  Xəstəxanada böyrək xəstəliyi bağlı qeydiyyatda olan 3 xəstəmiz var ki, mərkəzdə hemodializ şöbəsi olmadığndan onların müalicəsi Siyəzən Rayon Diaqnostika Mərkəzində aparılır. Həmin 3 xəstə də aran bölgəsi olan Giləzi bölgəsindəndir”, - deyə, baş həkim əlavə edib.

Xəstəxanadakı avadanlıqların əsasən Yaponiya və Almaniya istehsallıdır.  Bu səhiyyə müəssisəsində 10 çarpayılıq 2 cərrahiyə otağının olduğunu da qeyd edən B.Nəbiyev deyib ki, xəstəxanada 53 tibb bacısı, 40 həkim çalışır. Əlavə kadra ehtiyac duyulanda, Sumqayıtdan həmin ixtisas üzrə həkimlər xəstəxanaya təhkim olunurlar.

 

Xızı sakinləri arasında daha geniş yayılmış xəstəliklərin də adını sadalayan B.Nəbiyev bildirib ki, bu siyahıya əsasən mədə-bağırsaq, kardioloji, ağciyər xəstəlikləri daxildir: “Aşağı aran zonalarından isə əsasən göz xəstəlikləri ilə bağlı müraciətlər çox olur. Xızıda qohum evlilikləri daha çox olduğundan irsi xəstəliklər də geniş yayılıb. Son bir il ərzində aparıln nikahdan əvvəl tibbi müayinə zamanı bu günə kimi heç kimdə heç bir xoşagəlməz hal qeydə alınmayıb.  Bu yay ərzində rayonumuzda ilansancama halları da yaşanmayıb. İldə bir-iki nəfər olur ki, onlara da ilkin yardım edilir, xəstəxanın öz aptekində zərdabımız da var”.

Yolumuz Quba Dianqostika Mərkəzinədir.

2010-cu ilin sentyabr ayından fəaliyyətə başlayan bu mərkəzdə  kompüter tomoqrafiyasından tutmuş endoskopiya, cərrahiyə şöbəsinə dair müasir avadanlıqlar var. 4 zonaya xidmət göstərən mərkəzdə il ərzində  200 mindən  çox ambulator xəstəyə baxılır, 2 minə yaxın cərrahiyyə əməliyyatı edilir.

 

Mərkəzin baş həkimi Səməd Məmmədov deyir ki, xəstəxana fəaliyyətə başlayandan 10 xəstədə açıq ürək, 12 xəstədə böyrəküstü əməliyyat aparıllıb: “ Burada xəstələrin müayinə və müalicəsi pulsuz təşkil edilir. Mərkəzdə 60 tibb işçisi, 4 sanitar qrup var”.

60 nəfərə xidmət üçün nəzərdə tutulmuş hemodializ şöbəsində hazırda 70 xəstənin növbə gözləyir. Baş həkimin sözlərinə görə, bu zona üzrə ən böyük hemodializ şöbəsi Quba Diaqnostika Mərkəzindədir:  “Mərkəzdə 20 çarpayılıq cərrahiyə şöbəsi fəaliyyət göstərir. Quba sakinləri əsasən əsasən böyrək daşı, mədə-bağrsaq, öd daşı, ürək-damar xəstəliklərindən əziyyət çəkir. Bu il rayonun 175 min əhalisindən  140 min nəfəri icbari tibbi müayindən keçib”.

 

Quba Diaqnostik Mərkəzi ilə tanış olan jurnalistlər bir gün sonra da Qusar Rayon Mərkəzi Xəstəxanasına baş çəkiblər.

 

Tam təmir olunduqdan sonra 2012-ci ildən yenidən faəliyyətə başlayan xəstəxanada təcili tibbi yardım, qəbul şöbəsi, şüa diaqnostika,  laboratoriya,  onkologiya, doğum, cərrahiyə, reanimasiya, qadın məsləhətxanası, vərəm, infeksion xəstəliklər şöbəsi fəaliyyət göstərir. Eyni zamanda xəstəxananın xidmət dairəsi rayonun bütün kəndlərini əhatə edir. Mərkəz 2 kənd sahə xəstəxanası, 19 həkim məntəqəsi, 8 tibb məntəqəsindən  ibarətdir.

 

Jurnalistlərin suallarını cavablandıran xəstəxanın baş həkimi Mübariz Zeynalov deyib ki, xəstəxanada cərrahiyə, infeksion, vərəm, reanimasiya, terapiya şöbələri digər bölgələrdən müraciət edən əhalinin də stasionar müalicəsi təmin edilir: “Xəstəxanada qastroskopiya, kalonoskopiya, şüa diaqnostika şöbəsində ultrasəs, rentgen, rentengoskopiya və qrafiya müayinə metodları aparılır. Mərkəzi xəstəxanada 2014-cü ildin yanvarın 17-də əsası qoyulan onkoloji şöbə 10 çarpayılıqdır və əhalinin kimyaterapiya alması üçün nəzərdə tutulub. Lazım olan dərmanlar Milli Onkologiya Mərkəzi tərəfindən göndərilir və istifadəsi haqda vaxtaşırı onlara hesabat veririk. Digər  dərman preparatları ilə təminat isə Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada icra olunur. Bu yaxınlarda 300 ədəd şəkər ölçü cihazı ( qlükometr), diabet xəstələri  üçün strip testləri almışıq  və xəstələrə artıq paylanıb. Qusar Rayon Mərkəzi Xəstəxanasında 2012-ci ildən ən müasir avadanlıqla təchiz olunmuş doğum şöbəsi fəaliyyət göstərir ki, 5 çarpayılıdır. Doğum şöbəsində cərrahiyə bloku da yaradılıb ki, lazım olanda qeysəriyyə əməliyyatları orda gerçəkləşdirilir”.

 

2015-ci ilin 1 iyunundaqn bu il iyulun 25-nə qədər 2 minə qədər, yəni 956 cütlüyün nikahdan əvvəl müayinədən keçdiyini qeyd edən baş həkim bildirib ki, ümumilikdə müayindən keçənlərin 8 nəfərdə siflis, 2-də isə QİÇS virusu aşkarlanıb.

 

Baş həkimin sözlərinə görə, Qusar sakinləri arasında daha çox revmatizma oynaq xəstəlikləri geniş yayılıb. Bu da iqlim şəraiti ilə bağlıdır.

 

“Xəstəxananın ümumilikdə 850 nəfər işçi heyəti var. Bunlardan 120 həkim, 450 orta tibb işçisi rayon mərkəzi xəstəxanasında və digərləri isə həkim məntəqələrində çalışır. Xəstəxanada 14 boş vakant yer var. Bunlar əsasən mama-ginekoloq, ümumi cərrah, sahə həkimi, terapevt, endokrinoloq, oftamoloq ixtisasları üzrədir. Kənd həkim məntəqələrində məntəqə müdiri, ailə həkimlri çatışmır.  Bölgələrdə həkim çatışmazlığının qarşısını almaq üçün biz artıq rayonun Tibb universitetinə qəbul olan gəncləri arasında maarifləndirici tədbirlər keçirməyə başlamışıq. Onlara praktikalarını məhz bu xəstəxanada keçirmələri üçün hər cür şərait yaradılıb” –deyə, M.Zeynalov əlavə edib.

 

Qusar Rayon Mərkəzi Xəstəxanasının onkologiya şöbəsinin müdiri Novruzəli Sultəliyev bildirib ki, hazırda xəstəxanda 575 nəfər onkoloji xəstə qeydiyyatdadır. Hər il 135-140 nəfər ilkin xəstə gətirilir.

Onkoloji xəstələrin sayının get-gedə artdığını xüsusi vurğulayan həkim deyib ki, bunun da ən başlıca səbəbi insanların müayinəyə vaxtında gəlməməsidir: “ Müayinə gecikdiyi halda, xəstəlik də gec aşkarlanır və xəstəliyin müalicəsi də çətinləşir. İnsanlar öz sağlamlıqlarına ciddi yanaşmalıdırlar. İnsanlar xəstəliklərinə laqeyd yanaşırlar. Əslində isə ən doğrusu uşaq vaxtından qocalana qədər hər il müayinədən keçməkdir”.

 

Onkoloji xəstələr arasında hər il yüksək ölüm göstəricilərinin olduğunu vurğulayan şöbə müdiri deyib ki, Qusar rayonu üzrə hər il 65-70 nəfər ölüm göstərcisi olur ki,  ilkin qeydiyyatda götürülən xəstələrin  51-55 %-ni  təşkil edir: “ Bu, əlbəttə ki çox böyük bir rəqəmdir. Xəstəxanamızda qeydiyyatda olan onkoloji xəstələrin sırasında əsasən kişilər üstünlük təşkil edir. Kişilər arasında da ağciyər, mədə xərçəngi, qadınlar arasında süd vəzi xərçəngi, uşaqlarda isə qan xərçəngi, beyin şişi, böyrək şişi növlərinə daha çox rastlanır. Onkoloji qeydiyyatda olanlardan  13 nəfəri uşaq idi, bu il 3 nəfər ölümlə bağlı qeydiyyatdan çıxarılıb.  Onkoloji xəstəlik əslində immunitet zəifliyi, ətraf mühit, suda, havada olan kanserogenlərin təsiri və ümumiyyətlə kompleks səbəblərdən dolayı insan həyatını məhv edir və çox təəssüf ki, son dövrlərdə bu xəstəlikdə cavanlaşma prosesi müşahidə edilir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 546

Oxşar yazılar