“WhatsApp” messencerinin auditoriyası 600 milyona çatıb - YENİLƏNİB
25 avqust 2014 23:10 (UTC +04:00)

“WhatsApp” messencerinin auditoriyası 600 milyona çatıb - YENİLƏNİB

0
Layihənin təsisçisi və baş direktoru Yan Koum deyib ki, bu yaxınlarda "Facebook" sosial şəbəkəsinə məxsus populyar "WhatsApp" məşhur messencerinin aylıq aktiv auditoriyası 600 milyonu ötüb 
 
Lent.az-ın "ICTnews"a istinadən verdiyi xəbərə görə, "WhatsApp" internet üzərindən mətn mesajları və şəkilləri ötürməyə imkan verir. İstifadəçi yalnız operatorun tarifi üzrə trafik üçün ödəniş edir. "WeChat", "Viber" və "Tango" kimi tətbiqlər sözügedən xidmətin rəqibləridirlər.
 
Yazda bildirilmişdi ki, "Whatsapp" istifadəçiləri gündəlik təxminən 64 milyard mesaj göndərirlər ki, onun da 44 milyardı göndərilən, 20 milyardı qəbul olunan mesajlardır.
 
Xatırladaq ki, "Facebook" şirkəti "WhatsApp"ı 19 milyard dollara satın alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1057

Oxşar yazılar