“Orfoqrafiya lüğətində 40 minə yaxın qondarma söz var” - Nizami Cəfərov
29 fevral 2016 15:59 (UTC +04:00)

“Orfoqrafiya lüğətində 40 minə yaxın qondarma söz var” - Nizami Cəfərov

0

“Azərbaycan dilinin orfoqrafiya lüğətində toplanmış 110 min sözdən təxminən 40 minə yaxını qondarma sözlərdir”.

 

APA-nın xəbərinə görə, bunu AMEA-nin müxbir üzvü, millət vəkili Nizami Cəfərov Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının 2015-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

 

N. Cəfərov qeyd edib ki, Azərbaycan dilinin orfoqrafiya lüğətində verilmiş “Ab”, “aba” və s. sözlər sünidir.

 

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova isə bildirib ki, Azərbaycan dilinin orfoqrafiya lüğəti Terminologiya Komissiyasının yox, AMEA Nəsimi adına Dilçilik İnstitutunun xətti ilə nəşr olunub: “Düşünürəm ki, Orfoqrafiya lüğətindəki yanlışlıqlar aradan qaldırılacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 501

Oxşar yazılar