“Gülər Əhmədova azad ediləndən BDU-da işə gəlməyib” – AÇIQLAMA
14 may 2014 18:19 (UTC +04:00)

“Gülər Əhmədova azad ediləndən BDU-da işə gəlməyib” – AÇIQLAMA

0

Sabiq millət vəkili Gülər Əhmədova azadlığa buraxılandan müəllim kimi çalışdığı Bakı Dövlət Universitetinə gəlməyib”. Bu barədə Lent.az-a BDU-dan məlumat verilib.

 

Verilən məlumatda qeyd olunur ki, bir aydan sonra BDU-da müəllimlərin dərs bölgüsü həyata keçiriləcək. G. Əhmədovanın da cari ilin sentyabrından dərs deyib - deməyəcəyi o zaman bilinəcək: “G. Əhmədova həbs edildikdən sonra onun dərsini başqa müəllim əvəz edib”.

 

Qeyd edək ki, G. Əhmədova BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin psixologiya kafedrasının müəllimidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2038

Oxşar yazılar