“Hər il ərzaq məhsullarından qida nümunələri götürülür. Müxtəlif göstəricilərə görə, müayinələr aparılır”. Bunu Lent.az-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev bildirib. Onun sözlərinə görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ildə iki dəfə ət, balıq, konser, kolbasa, süd, qənnadı məhsulları üzrə laboratoloji müayinələr aparılır.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi çörək sexlərindəki vəziyyətə də aydınlıq gətirib: “Çörək sexlərində o zaman sertifikat verilir ki, həmin müəssisələrdə istehsal şəraiti qaydalara uyğun gəlir. Lakin bəzən gigenik qaydalara əməl etməyən çörək istehsalı sexlərinə də rast gəlinir”.
İ. Qasımov onu da vurğulayıb ki, gigenik qaydalara əməl etməyən müəssisələrinə qarşı inzibati cəza tədbirləri görülür.
“Bəzən elə olur ki, hər hansısa bir çörək sexinin fəaliyyəti dayandırılır. Lakin qanunda olan boşluqlardan istifadə edərək, həmin sex müəssisələrinin rəhbərləri yenidən fəaliyyətlərini davam etdirirlər. Ona görə də qanunda olan bu boşluq aradan qaldırılmalıdır”-deyə, Mərkəzin bölmə müdiri əlavə edib.
İ. Qasımov sözlərinə görə, elə müəssisələr də olur ki, cərimə olunsalar da, cərimələrin bəziləri ödənilir, bəziləri isə ödənilmir.
“Rayonlarda da Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən mütəmadi yoxlamalar aparılır. Bəzən regionlarda dondurma sexləri ilə bağlı müəyyən problemlər olur”-deyə, Mərkəz nümayəndəsi əlavə edib.