“1000 bərəkət halal nemət” şirkətində istehsal olunan məhsullarla bağlı tədbir keçirilib
07 aprel 2014 15:33 (UTC +04:00)

“1000 bərəkət halal nemət” şirkətində istehsal olunan məhsullarla bağlı tədbir keçirilib

0

“1000 bərəkət halal nemət” şirkətində istehsal olunan məhsullarla bağlı tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən şirkətin istehsalat müdiri Rəfail Məmmədov bildirib ki, şirkətin istehsal etdiyi məhsullar müasir texnologiyalar vasitəsi ilə hazırlanır: “Bizim məhsulların istehsalı zamanı bütün gigiyenik qaydalara riayət olunur. Şirkətimizin texniki avadanlıqları Avstriya və Almaniyaya məxsus vasitələrdir”.

 

R. Məmmədov bildirib ki, istehsal prosesində xammal ət maşınında 3 millimetr ölçüsündə doğranılır: “Bunu deməkdə məqsədim ondan ibarətdir ki, bizim məhsulların hansındasa 3 millimetrdən böyük ölçüdə bir şey ola bilməz. Ət o şəkildə çəkilir və ona lazım olan digər vasitələr əlavə edilir. Bundan sonra məhsul kuterdən keçirilir. Son olaraq kolbasanın xammalı emulsiya formasına salınır. Əgər xammal bu formaya salınmasa kolbasanı hazırlamaq mümkün deyil. Həmin kuter bağlı şəkildə işləyir. Bütün hissəciklər vəhdət şəkilində qarışır ki, kolbasa alınsın. Sonra həmin məhlullar örtüklərə doldurulur ki, bu zaman da xammalın insanla təması olmur.  Bundan sonra məhsullar yüksək temperaturda bişir. Bu ona görədir ki, bütün bakteriyalar ölsün. Məhsul bişdikdən sonra soyutma kamerasında saxlanılır ki, məhsulda bakteriyalar əmələ gəlməsin. Məhsullarımız bakterioloji lampaların və yüksək təzyiq pərdələrinin olduğu anbarlarda saxlanılır”.

 

R. Məmmədov onu da qeyd edib ki, məhsullar istehsal olunduqdan sonra laboratoriyada yoxlanılır: “Bütün məhsulların tərkibindən nümunələr götürülür və laboratoriyada yoxlanılır. Onlar müsbət rəy verdikdən sonra məhsul satışa çıxarılır. Bizim məhsulların tərkibində hər hansı yad vasitənin çıxması qeyri-mümkündür”.

 

Daha sonra tədbir iştirakçıları şirkətin xammallar saxlanılan anbarlarına, istehsalat sahəsinə, laboratoriyasına baxış keçiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1725

Oxşar yazılar