® Sneaker Shop Courir Port Baku Mall-da açıldı
0
0
Courir butiki rahat və dəbdəbəli ayaqqabı sevənlər üçün əsl ilham və yüksək keyfiyyət mənbəyi olacaq. Bakının ən böyük ticarət mərkəzi Port Baku Mall-da Fashion Sneaker Shop (rahat və dəbli ayaqqabı mağazası) Sizin üçün öz qapılarını açdı.
Courir konsepsiyasının əsasında duran deviz belə səslənir: “Rahat və dəbli ayaqqabı axtarışında bütün yollar Courir-ə aparır”. 1980-ci ildən dəb industriyasında ekspert olan Courir mağazası həm uşaqlar, həm də böyüklər üçün yüksək keyfiyyətli məhsullar təklif edir, həmçinin rahat idman ayaqqabıları trendinin geniş yayılmasını reallaşdırır.
Qeyd etmək lazımdır ki, çoxlu sayda brendlərin bir yerdə toplanılması – Bakı üçün yeni nəfəsdir, Sneaker Shop Courir-in açılışından əvvəl belə bir şey mövcud deyildi. Artıq rahat ayaqqabı və lazımi aksesuarlar almaq üçün monobrend butiklərə getmək ehtiyacınız olmayacaq, çünki bunların hamsını Siz bir məkanda əldə edə bilərsiniz.
Butikin bütün məhsulları şərti olaraq üç bloka bölünüb; kişi, qadın və uşaq malları. Courir butikində ailəvi alış-veriş etmək mümkündür. Courir-də geyim idman ayaqqabısının əlavə aksesuarı kimi nəzərdə tutulur. Kolleksiyanın diqqət mərkəzində qısaqol idman köynəklərdir. Onları idman papaqları və idman corabları tamamlayır. Seçilmiş brendlərin məhsulları kapsul kolleksiyalarla təqdim olunmuşdur.
Courir butikində Adidas, Nike, Le Coq Sportif, Vans, Converse, Puma, Kappa, Superga, Asics, New Balance, ReeBok, а также Emporio Armani, Liquid Force, Majestic Globe və s.brendlər təqdim edilib. Courir butikində kolleksiya trendləri izləyən, müsbət əhval-ruhiyyəyə malik olan və özünə əmin olanlar üçün mükəmməl seçilib.
Urban Style-ı skeytbordsuz və dəbli aksesuarsız təsəvvür etmək qeyri-mümkündür. Courir butikində Globe və Sector 9 brendlərin skeytbordları var. Aktiv həyat tərzi sürənlər üçün GoPro kameraları və onların aksesuarları, G-Shock saatları, Black Eye xüsusi linzalar və mobil telefonlar üçün aksesuarlar əvəzedilməzdir.
Courir butiki Sizləri dəbli idman ayaqqabıları ilə tanış olmaq üçün Port Baku Mall-a dəvət edir.
0
0