Respublika Müalicəvi Diaqnostika Mərkəzi daha bir uğura imza atıb
08 yanvar 2018 10:35 (UTC +04:00)

Respublika Müalicəvi Diaqnostika Mərkəzi daha bir uğura imza atıb

Belə ki, mərkəzin nəzdində fəaliyyat göstərən “Böyrək Xəstəlikləri və Transplantasiya Şöbəsində” çox nadir və mürəkkəb əməliyyat həyata keçirilib: 48 yaşlı qadın xəstənin böyrəküstü vəzindəki törəmə qapalı yol ilə xaric edilib. Əməliyyatı icra edən mərkəzin müdiri, t.ü.f.d. Rəşad Şolan öz açıqlamasında bunlari dilə gətirib: “Xəstəmiz bizə çox ciddi endokrinoloji problemlərlə müraciət etmişdi. Araşdırmalar zamanı müəyyən edildi ki, xəstənin sol böyrəküstü vəzində çox böyük törəmə var . Baxmayaraq ki, xəstə əvvəllər qarın böşluğunda müxtəlif açıq əməliyyatlar keçirmişdi, yenə də əməliyyatı laparoskopik yol ilə aparmağa qərar verdik.  Texniki cəhətdən çox mürəkkəb olsa da, əməliyyat uğurla bitirildi. Hal hazırda xəstənin vəziyyəti stabil və qənaətbəxşdir“.

 

Xatırladaq ki, RMDM nəzdində fəaliyyət göstərən “Böyrək Xəstəlikləri və Transplantasiya Şöbəsndə” urologiya və nefrologiyanın bütün sahələri üzrə professional xidmət göstərilir. Eyni zamanda mərkəzdə aparılan  mürəkkəb və unikal əməliyyatlar  xarici mədia və elmi nəşrlərdə də öz əksini tapmışdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar