20 Yanvar əlillərinin təqaüdü artdı - <span style="color:red;">FƏRMAN
16 yanvar 2016 14:50 (UTC +04:00)

20 Yanvar əlillərinin təqaüdü artdı - FƏRMAN

0

Prezident İlham Əliyev 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə prezident təqaüdünün təsis edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, fərmana əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb.

 

Həmçinin, “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanının 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada veriləcək:

 

1.1. I qrup əlillərə – 165 manat

1.2. II qrup əlillərə – 143 manat

1.3. III qrup əlillərə – 110 manat

 

Bu fərmandan irəli gələn məsələləri həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar