97 yaşlı Böyük Vətən Müharibəsi əlili: <span style="color:red;">"4 ildir maşın növbəsindəyəm"
05 may 2018 13:30 (UTC +04:00)

97 yaşlı Böyük Vətən Müharibəsi əlili: "4 ildir maşın növbəsindəyəm"

0

97 yaşlı Böyük Vətən müharibəsi əlili Nurəddin Əbdürrəhman oğlu Cəfərov redaksiyamıza müraciət edib.

 

Lent.az-ın xəbərinə görə, 2014-cü ildən maşın növbəsində dayanan qocaman veteran bu arzusunun həyata keçməsini istəyir və əlaqədar qurumlardan dəstək gözləyir: "4 ildir maşın növbəsindəyəm. Növbəmin çatacağına ömür vəfa edəcəkmi, bilmirəm. Bunu çox arzulayıram. Bir neçə il qabaq prezident İlham Əliyevin Böyük Vətən Müharibəsi əlillərinin maşınla təminatı ilə bağlı çıxışı olmuşdu. O çıxışdan bəri maşın alacağım günü səbirsizliklə gözləyirəm". 

 

Qeyd edək ki, N. Cəfərov 1921-ci ildə dünyaya gəlib. 2-ci qrup Böyük Vətən müharibəsi əlilidir. 52 il prokurorluq orqanlarında işləyib.

 

Onunla bağlı Lent.az-da yazı da gedib.

 

"Ölüm mühasirəsindən qaçış, erməni tapançasıyla qətl, Bağırovun cinayət işi... – CANLI TARİX DANIŞIR" adlı yazının linkini təqdim edirik:

 

http://news.lent.az/news/267012

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 476

Oxşar yazılar