7 cütlük nikahdan, 2 cütlük isə hamiləlikdən imtina edib - İnstitut direktoru
16 sentyabr 2016 16:38 (UTC +04:00)

7 cütlük nikahdan, 2 cütlük isə hamiləlikdən imtina edib - İnstitut direktoru

0

“Azərbaycanda aparılan tibbi müayinələr zamanı qan xəstəliyi aşkarlanan daha bir cütlük hamiləlikdən imtina edib”.

 

Səhiyyə Nazirliyi B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya deyib ki, Perinatal Mərkəzdə dölün perinatal diaqnostikası aparılıb və anası-atası xəstə olan döldə də qan xəstəliyi aşkarlanıb. Onun sözlərinə görə, gənclərə bu barədə məlumat verilib və xəstəliyin ciddiliyi onlara izah olunub: “Nəticədə onlar hamiləliyi pozmağı qərara alıblar. Bir müddət öncə də hər ikisində xəstəlik aşkarlanan cütlüklərdən biri hamiləlikdən imtina edib. Bununla da xəstəlik səbəbindən hamiləliyi pozan cütlüklərin sayı 2 olub. Nikah öncəsi daşıyıcılıq aşkarlanan ailələrdən hamiləlik zamanı 30-a yaxın döldə genetik müayinə aparılıb. Onlar da ya daşıyıcı, ya da sağlam uşaqlardır”.

 

İnstitut direktoru vurğulayıb ki, bu vaxta kimi hər ikisində qan xəstəliyi aşkarlanan 7 cütlük nikaha daxil olmaqdan imtina edib. Z. Əlimirzəyeva əlavə edib ki, bu günlərdə hər ikisində xəstəlik aşkarlanan cütlüyün isə övladı dünyaya gəlib. Sentyabrın 6-da dünyaya gələn uşaqda heç bir kənara çıxma, anomaliya yoxdur: “Uşaq normal doğulub. Hamiləlik vaxtı aparılan müayinə ilə körpədə talassemiya daşıyıcılığı üzə çıxıb. Körpə valideynləri kimi daşıyıcı olsa da, sağlamdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 427

Oxşar yazılar