2018-ci il üçün ehtiyac meyarı və yaşayış minimumu təsdiqləndi - SƏRƏNCAM
26 dekabr 2017 15:53 (UTC +04:00)

2018-ci il üçün ehtiyac meyarı və yaşayış minimumu təsdiqləndi - SƏRƏNCAM

0

 

Prezident İlham Əliyev 2018-ci il üçün ehtiyac meyarı və yaşayış minimumunu təsdiqləyib.
 

Lent.az-ın məlumatına görə, prezident tərəfindən təsdiq olunan qanunlarla 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat müəyyən olunub.

 

2018-ci il üçün yaşayış minimumu isə ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyənləşib.

 

Bu qanunlar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 818

Oxşar yazılar