1 nömrəli Ailə tipli kiçik qrup evi Təhsil Nazirliyinə verildi
11 sentyabr 2013 12:44 (UTC +04:00)

1 nömrəli Ailə tipli kiçik qrup evi Təhsil Nazirliyinə verildi

Nazirlər Kabineti 1 nömrəli Ailə tipli kiçik qrup evinin Təhsil Nazirliyinin tabeliyinə verilməsi və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərar verib.

 

Lent.az-ın verdiyi məlumata görə, qərara əsasən,  Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 1 nömrəli Ailə tipli kiçik qrup evi  Təhsil Nazirliyinin tabeliyinə verilib.

1 nömrəli Ailə tipli kiçik qrup evinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin mərkəzləş-dirilmiş xərclərində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək. Təhsil Nazirliyi 1 nömrəli Ailə tipli kiçik qrup evinin fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirləri həyata keçirməlidir.

1 nömrəli Ailə tipli kiçik qrup evi “Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Ümumi təhsil müəssisələri” bölməsinə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539
avatar

Oxşar yazılar