Elvin Vəlizadə
09 noyabr 2022 15:33 (UTC +04:00)

Elvin Vəlizadə

Vətən müharibəsi iştirakçısının müraciəti təmin edildi - VİDEO

Torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsinin iştirakçılarından biri də Elvin Vəlizadədir.

Lent.az xəbər verir ki, o, 2020-ci il sentyabrın 27-də cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edən Elvin, ordu sıralarından tərxis olunduqdan sonra işlə təmin olunması üçün SOCAR rəhbərliyinə müraciət edib. Vətən müharibəsi iştirakçısının ünvanladığı müraciətə müsbət cavab verilib.

Artıq 1 ildən çoxdur ki, o, SOCAR “Azəriqaz” İstehsalat Birliyində çalışır. Elvin Vəlizadə iş yerinin yaşadığı ərazidən uzaq olması ilə bağlı SOCAR rəhbərliyinə müraciət edərək iş yerinin dəyişdirilməsini xahiş edib. Bu dəfə də Vətən müharibəsinin iştirakçısının müraciəti təmin edilib. Elvin Vəlizadə həssas əhali kateqoriyasından olan insanlara göstərilən diqqət və qayğıya görə SOCAR rəhbərliyinə təşəkkür edib.

# 2220
avatar

Oxşar yazılar