Uşaqlarını cinsi istismar edənlər valideynlikdən məhrum ediləcək
27 dekabr 2022 13:11 (UTC +04:00)

Uşaqlarını cinsi istismar edənlər valideynlikdən məhrum ediləcək

Valideynlər (onlardan biri) valideynlik hüquqlarından məhrum ediləcəyi hallar sərtləşdirilir.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, valideynlər (onlardan biri) uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüququndan məhrum ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

# 1815
avatar

Oxşar yazılar